"Bədbin dedilər" (Qəzəl)

71 15 7
                                    

Boş sözlər eşitdim, susdum, susma, din! Dedilər.
Xoş sözü eşitməyib, danışma bədbin dedilər.
 
Dedilər danışanda incidirsən qəlbimizi,
Saxla öz sözlərini könlündə incin dedilər.
 
Küdurətlə yanan odlu insanları gördüm,
Saxlamaz heç kimə insan ürəkdə kin dedilər.
 
Kimlərə ki ürəyimdə daima yer vermiş idim,
Onlar mənə çirkilə dolubdu qəlbin dedilər.
 
İşə bax bir ölülərdən diriyə təlqin olarmış,
Mənə ölmüş ümidlər "öl" deyə təlqin dedilər.
  
Dedim ki biz hamımız alçağıq, alçaq oluruq,
Fikir verməyin heç, xəstədi yəqin dedilər.
 
Sordum gecələrdən ki bu zülmət nədi sizdə?
Bizdən heç fərqli deyil sənin də rəngin dedilər.
 
Ölümü az qələmə al ki oxunmaz Şair!
Min bir kərə yazdım elə ki min dedilər!
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now