"Qəm əhlisən sən"

53 12 10
                                    

Bir şey yazılmazdan əvvəl silinməz.
Bil ki ağlamadan əsla gülünməz.
Xeyirin qədri də şərsiz bilinməz,
Əlbət ki kiməsə gərəklisən sən...

Mükəmməl yaranış heç sadə bitər?
Ölümdən sonranı bir düşün, yetər!
Bir dünya dərd olsa, bu olmaz betər,
O birisi dünyada fərəhlisən sən!

Söyləmə : qismətdir, keçər zamanla.
Talenin yazısı yazılmaz qanla.
Zərbə ürəyindən dəyirsə anla!
Gör necə dözümlü, ürəklisən sən!

Kədərdir şeirimin əksər məzmunu,
Az adam tapılar bunun məmnunu
Elə hər oxuyan anlamaz bunu,
Başa düşürsənsə, qəm əhlisən sən.

- Hümbət İsmayılov

Möhtəşəm Fotoqraf : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now