İnsanlar yalnız öz dərdin bölərlər.
Sənlə sızlayanda yadla gülərlər.
Nələr yaşamısan bəlkə bilərlər,
Nə hiss etdiyini anlayan olmaz.Fikrin parçalanar olar çox bölüm
Qəlbin parçalanar, can dilim-dilim.
Onlar bir can bilər və bircə ölüm,
Veribsən sən neçə can, sayan olmaz.Bəsdir! Əsəbini az korla! Az gər!
Niyə tək qaldığın bilmirsən məgər?!
Hər kəsin işinə yarasan əgər,
İnan ki heç səni tək qoyan olmaz.Bir yanda zəngin var, bir yanda səfil.
Bir yanda toy-büsat, bir yanda zəlil.
O dünya bənzəməz bu dünyaya bil!
Cənnətlə Cəhənnəm yanbayan olmaz!- Hümbət İsmayılov
Möhtəşəm şəkillər : NigarSadiq
ESTÁS LEYENDO
"Hər vaxtınız şeir" ...
PoesíaHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!