"Göyün gözü dolub"

57 14 18
                                    

Yerin kədərini səmalarda duy!
Çək bütün səmanı ciyərinə, doy!
Çəkin gözünüzü utanmanmasın qoy,
Göyün gözü dolub, ağlayacaqdır.
 
Tutqunluq bizlərə nə edir bəyan?
Bəlkə yetər deyir, ya bəsdir dayan!
Bəlkə də insana olmaqdan həyan,
Artıq peşman olub, ağlayacaqdır.
 
Çirkin insanların gözəl səması...
İllərdir saxlayıb neçə ah, yası.
Yəqin vaxtı çatıb, bu son vidası,
Gedəcək qovulub, ağlayacaqdır.
 
Əzəldən qan ilə bəslənib aləm.
Torpağa gömülüb ürəklərdə qəm.
Minlərlə gözlərdən buxaralanıb nəm,
Yaşlarda boğulub, ağlayacaqdır.
Göyün gözü dolub, ağlayacaqdır.
 
- Hümbət İsmayılov

Səmaya baxmağı unutdurmayan Nigar Sadiqə təşəkkür edirəm!

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now