"Almaz"

53 9 6
                                    

Böyümək - üzünə düşən qırış iz.
Ruh ilə böyümək daha da qəliz.
Yaşla yox, yaşayıb böyüyürük biz,
Heç nə yaşamayan yəqin qocalmaz.
 
İnsan şar deyil ki havayla dolmur
Ruhunu dolduran gül kimi solmur
Özünü çox böyük tutmaqla olmur,
Çünki gömülməsən, ruhun ucalmaz.
 
Bir ömür əyləncə, şənliyə möhtac
Yaşasan, ruhuna tapılmaz əlac.
Özü yaşa dolan var ki ruhu ac,
Gözün yaşa dolsa ruhun ac olmaz.
 
Can gərək öyrəşsin ki can verməyə,
Başlasın zirvəyə təkan verməyə.
Özün hazır olsan qurban verməyə,
Fələk bunun üçün səndən bac almaz...
 
- Hümbət İsmayılov
Dərin şəkillərin ünvanı : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now