"Adam necə yaşarmış"

54 10 13
                                    

Qaralmış yalanlar ağa dönəndə,

Qoca gələcəkdə, çağa dünəndə...
Həqiqət ortada dağa dönəndə,
Sevərək qurduğu xəyaldan adam,
Necə həsrət ilə uzaq yaşarmış.

Taqəti qalmayıb yorğun düşəndə,
İsti ürəyini çovğun deşəndə
Ümidsiz qalarsa hər görüşəndə,
Sevərək baxdığı gözlərə adam,
Necə zəhmət ilə nəzər salarmış.

Sözləri dağlara, daşa gedəndə,
Ümidi sel olub yaşa gedəndə

Verdiyi zəhməti boşa gedəndə
Sevərək gördüyü işdən də adam,
Necə dəhşət ilə ibrət alarmış...

İndi "peşmanam"dı o vaxtkı "şadam"
İndi mən özümə səndən də yadam.
Sevərək yazdığı sözlərdən adam,
Necə nifrət ilə uzaqlaşarmış...
Yaxını sevmişdik, uzaq da varmış...

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora