"Şair adamsan"

55 13 13
                                    

Getməyi istərəm , mənəm o insan
Gərək elə gedim, səssiz-səmirsiz.
Hayqırış səsini duymayan cahan,
Qalsın nəfəsimdən uzaq, hənirsiz.

Hər kəs azad olsun yorğun tərindən,
Məni alsın Allah, varımdır meyil.
Qoy məni götürsün çiyinlərindən,
O ki, gücdən artıq yük verən deyil...

Qismətim dolanıb düşər ağızdan,
Qəhərim boğazı tutar, dar edər.
Udulsa bu qəhər ta boğazımdan
Ərşə dək yayılar, səsi kar edər.

Yenə ürəklərə misra qazasan,
Sən ki bu dünyada şeiri dadansan.
Bəlkə öz əcəlin özün yazasan,
Nə var ki yazmağa, şair adamsan!

- Hümbət İsmayılov
 
Xüsusi təşəkkürlər : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now