Bərəkət

27 2 2
                                    

Süfrə naz-nemətlə əgər dolarsa,
Amma mehribanlıq əksik olarsa
Geriyə sadəcə yemək qalarsa,
Kimə lazım süfrədəki bərəkət?

İl boyu kimsədən almadan xəbər
Bir bayram təbriki bir illik yetər
İnsan tərəfindən söylə nə qədər
Səmimi sayılır bu cür hərəkət

Nə ehtiyac vardır axı yalana?
Bu bənzərdi sözdə namaz qılana
Düşüncəsi özgə yerdə olana
Əyilib-qalxmaqdır yalnız hər rəkət.

İnsanlara lazım olan faydadır.
Marağı da mənfəəti boydadır
Bu əzəldən mövcud olan qaydadır :
Sevincdə çox, kədərdə yox şərakət.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...حيث تعيش القصص. اكتشف الآن