Ölüm bir işdir ki çox gözəl işdir.
O, bəzən yalvarış bəzən gülüşdür.
Ölümün vəfası mütləq gəlişdir,
Bizim də vəfamız səbirdir, səbir!
İnsanlar ümidlər, arzular, istək.
Ədalət, həqiqət həm də ki gerçək.
Gömmüşəm hamısın mən ora tək-tək,
Qəlbim dolub-daşır, qəbirdir, qəbir!
O ki gözəlliyin ən gözəl tonu..
Hər kəsə qaradır, mənə ağ donu...
Baxdığım hər yerdə görürəm onu,
Ah! O da məni kaş ki görsə bir...!
Mənim yarım getsə, yarım qalacaq!
Bəlkə də nazlı bir yarım qalacaq...
Bir gün elə bu cür yarım qalacaq ;
Bax! Mən də yaşamaq istədim və bir...
- Hümbət İsmayılov
İlham və şəkil üçün təşəkkürlər : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!