"Camaatın uşağı"

14 3 4
                                    

Övladın qəlbinə kədər tökəndə,
Ordan axan yaşlar sizə damırmı?
Özgənin övladın misal çəkəndə,
Sizin vicdanınız sızıldamırmı?
  
Nədir bu yadlara, özgəyə həvəs?
Həmin gül bu doğma bağda bitirsə.
Sizə xoş gələrdi övladınız bəs,
Özgə valideyni misal gətirsə?...
 
Cəhdi bəyənmirsiz? Səyi çatışmır?...
Səbəb soruşuram mən hamınızdan!
Mən sizə deyimmi nəyi çatışmır?
Yoxsuldur o sizin inamınızdan...

Odur ki, övladın bilin qədrini.
Böyüdüb sevməmək haqqınız yoxdur!
Ona güvənməyib, qırıb qəddini,
Sonra bəyənməmək haqqınız yoxdur!

- Şair Hümbət İsmayılov

You've reached the end of published parts.

⏰ Last updated: Aug 07 ⏰

Add this story to your Library to get notified about new parts!

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now