Sən bir piyadasan, addımla və bat!
Ya da dözə bilsən vəzirliyə çat...
Əmək sənin olsun qələbə şahın
Sonda sən ölürsən, şahsa salamat...
Min nəfər çalışır alın təriylə
Bir nəfər qazanır öz "hünəriylə"
Bütün piyadalar ölümləriylə
Şaha qazandırır yaşam və həyat...
Bəzən üsyan gərək, hədəfi seç ön!
Beş qazan eybi yox itirsən üçün.
Ardınca daha çox qazanmaq üçün,
Hərdən qurban gedir piyadaya at...
Düşünən beyinlər, məntiqli həmlə.
Birlikdə hərəkət uyğun ritmlə.
Bir də cəsarətlə səbrini cəmlə,
Bax budur nəticə, tapdın : şah və mat!
Bu kəlam qızıldır, bu kəlam zinət!
Gərək dəyərinə edəsən diqqət
Eyni bir qutuya qoyular əlbət
Şah da piyada da edəndə vəfat- Hümbət İsmayılov
ESTÁS LEYENDO
"Hər vaxtınız şeir" ...
PoesíaHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!