"Əsl qış havasıdır"

64 8 7
                                    

İlham mənbəyi olan şəkil

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

İlham mənbəyi olan şəkil. Qəlbinizə sağlıq NigarSadiq
 
Bu şeirin səsli forması mediada ⬆️

Beynində fikirlərin de neçəsi mənfidir?
Ömrünün həm gündüzü həm gecəsi mənfidir.
Deyilən hər bir sözün dərəcəsi mənfidir,
Buz kimidir adamlar, əsl qış havasıdır...
 
Vaxtsız borana düşüb, solubdu bəzi üzlər.
Çarəsizcə udulub, qalıbdı bəzi sözlər.
Hisslər yaman tutulub, dolubdu bəzi gözlər,
Yanaqlarda quraqlıq, qar-yağış havasıdır...
 
Xoş yalanlar sevilir, inanıb əzizlənir.
Kirlilər girir gözə, ağladıb təmizlənir.
İçi xəyanət dolu gözlər qaçıb gizlənir,
Saatlarca onlara boş baxış havasıdır.
 
Eşidilmək istəsək sözü sözə vuraqmı?
Saxtalaşaqmı biz də? Əli dizə vuraqmı?
Bizdəmi susmayaq bəs? Səhvi üzə vuraqmı?
Daşlaşıbdır ürəklər, sanki xış havasıdır...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now