Ürək dağdı, dağ olmuram.
Sağ ol demə, sağ olmuram.
Yatıb-durub sağalmıram,
Əbədi yatmaq istəyirəm.
Saxlamaram nə sənə məni,
Verməyəcəm nə mənə məni.
Sevdiklərim kəfənə məni
Bələdi, yatmaq istəyirəm.
Ruhum səmalara yetdi,
Əlvidanı verib getdi,
Öncə bir şey xahiş etdi,
Dilədi, yatmaq istəyirəm.
Eşq sorsalar tez de məni.
Çoxu sevdi sözdə məni.
Qınamayın siz də məni
Belədi, yatmaq istəyirəm..
Əbədi yatmaq istəyirəm!
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!