Gəl götür sevdanı, bölürəm ürəkdən tən
Silinə bilərsənmi səncə ürəkdən sən?
Sənə son duam var edirəm ürəkdən mən
Məni incitdiyin qədər xoşbəxt ol gözəlArtıq ağ günlər sənindir, zülmət mənimdir
Minnət mənim, nifrət mənim, sənət mənimdir.
Gedirsən, yollar sənindir həsrət mənimdir,
Mənə acı həsrət, sənə yaxşı yol gözəlÖzgənin qoluna girib gedən zaman sən,
Bil ki qollarım olacaq həyatdan küsən.
Bir də nikahın var, ora qol çəkəcəksən,
Qəlb ağrıdacaq görəsən hansı qol gözəlŞeir xeyir olmur, ikimiz indi şərik.
Eybi yoxdur indi olarıq dərdlə şərik
Bir dərdin olsa xəbər elə, dərdləşərik,
Bilirsən ki dərdlər olur məndə bol, gözəl!- Hümbət İsmayılov
Hissləri ifadə edə bilən şəkillərin müəllifi : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!