Mən də cəhd etmişəm, olmuşam sırtıq.
Bu yolda yaranıb ayaqda yırtıq.
"Bədbindir! Bədbindir!" deməyin artıq!
Bilmirsiz boş çıxan cəhdin sayını!Uğursuz səylərim qəddimi əyib
Nə qədər çalışsam, başıma dəyib.
Bəlkə də qismətim belədir deyib,
Qismətə vermişəm cəhdin payını...Ömrün yaz yaşında donub ölmüşəm.
Misralar başında donub ölmüşəm.
Gördüm ki, qışında donub ölmüşəm,
Gözləyə-gözləyə cəhdin yayını...Cəhdimi qırılan rəndə etməyim.
Özümü ağılsız bəndə etməyim.
Madam ki alınmır, mən də etməyim,
Çıxarmaq olmaz ki cəhdin zayını.- Hümbət İsmayılov
Dərin və gözəl şəkillər üçün təşəkkürlər : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!