"Tənhalara ithaf"

40 9 10
                                    

Səni tərk edib yar? Dayan düşünüm...
Dostların olub kar? Dayan düşünüm...
Bunun bir adı var, dayan, düşünüm...
Dayan bir! Yadıma düşdü, hə, tənha...

Bəs indi kim gedər? Ya da kim gələr?
Kim səni ağladar? Onu kim silər?
Səni tək qoyaraq gedən kimsələr,
Adını qoyarlar sənin də tənha

Oldumu ömründə xeyli puç zaman?
Dayanıb dedinmi? "Buyur, keç zaman!"
Tənha qalmayıbsan axı heç zaman,
Yalnızlıq yanında olur, nə tənha?!

Vaxt gəlir dözümün, taqətin bitir
O qədər çəkirsən həsrətin bitir.
Bir gün istifadə müddətin bitir,
Bax onda qalırsan təkcə və tənha.

- Hümbət İsmayılov
Başa düşülmək istəyən kadrları tənha qoymayan fotoqraf : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now