Yarım qoyub sözünü,
Gizlədərək üzünü,
Toplayasan özünü,
Atasan bu körpüdən.
Cəsarəti Allah verə...
Mat qalalar bu hünərə
Ruhu göyə, cismi yerə
Qatasan bu körpüdən.
Qaç, uzaqlaş ürəklərə.
Qoy damsın yaş ürəklərə.
Bəlkə o daş ürəklərə
Batasan bu körpüdən.
Dünya baxmır sağ-soluna,
Yeri yoxdu Haqq quluna
Ölüm ilə haqq yoluna,
Çatasan bu körpüdən...
- Hümbət İsmayılov
Möhtəşəm şəkillərin ünvanı : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!