"On barmaqda on ölkə"

37 6 13
                                    

Zehinlərin pərdə salıb üstünə
Nə lazımsa onu çəkərək önə.
Kukla kimi oynadılır hər yönə
On barmaqda on ölkənin ipi var
 
İt də hürər əksik etməsən payın,
Hər hürəni haqlı sayıb coşmayın!
Lovğalanıb danışırsa arxayın,
Bu səhnədir, o ötkəmin ipi var.

Biri torpaq ilə əldə tutulur.
Birinin dininə böhtan atılır.
Sərvəti talanır, millət satılır,
Azad deyil, hər bölgənin ipi var.
 
Onlar fitnə yayır, qazanc güdürlər.
İnsanlar bir-birin belə didirlər.
Kimə yönələcək?Seçim edirlər,
Həm sevginin həm öfkənin ipi var.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now