"A" - sız

10 1 0
                                    

İnsan gərək məqsəd qoya.
Pillə-pillə addımlaya.
Başlamadıq əlifbaya,
Nə mən "A" - sız, nə sən "A" - sız.

Daim öyrən, öyrət, yarat.

Hər gün bilginə bilgi qat.
Bilmədən yaşanan həyat
Nə mənasız.. Nə mənasız...!

"Ya bu düzdür, ya o düzdür."
Bu boş fikir, axmaq sözdür.
Doğru təkdir! Seçimsizdir.
Haqqı bilər bilən "ya"-sız...

Olmasa da qulaq asan,
Mən də olmayacam susan!
Anlaşılmağı saymasan
Yazdıqlarım təmənnasız.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now