Olsun ətrafımda qoy lap az adam.
Bilim boş həsrətdən, qəmdən azadam.Havalar dəyişib, külək yön sorur,
Qar özün evsizin üstə qondurur.
Ya günəş qovurur ya qış dondurur,
Görmür buralarda daha yaz adam.
Biganə insançün başını əyib,
Dərdləşmək anında özü dinməyib,
Öz qəlb qırığıyla yenə dinləyib,
Nə qədər çəkməli söylə naz adam?
İtirmək qazanca həqiqi rəydi,
Nəyi itirdinsə qəlbinə dəydi.
Deyirlər təcrübə elə bir şeydi,
Darağı qazanıb qalır daz adam.
Dünya al-ver ilə doludur belə,
Pul-para dolaşır bax əldən-ələ.
Ən böyük al-verçi dünyadır elə,
Çoxa saray verir amma aza dam.
- Hümbət İsmayılovMöhtəşəm şəkillərin ünvanı : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!