"Sevgi şairi"

62 10 5
                                    

Biz ola bilmədik sevgi şairi.
Eybi yox,kədərin olaq nasiri.
İnsana sevgisi qalmayan biri,
Sevgidən sizcə heç yaza bilərmi?
    
Oxucu nə istər yaxşı bilərsiz.
Xoş sözlər oxuyar,sevib gülərsiz.
Mənə doğru yoldan dəm vurmayın siz,
Heç yolu qalmayan aza bilərmi?
     
Bir addım irəli düşmədi,atdım.
Hər addım yerində qaldıqca batdım.
Belə bir suala cavab yaratdım,
İnsan öz qəbirin qaza bilərmi ?
   
Mən yazım hər kəsin olsun xəbəri.
Zəhərə su qatsan,artar qədəri.
Fələyin yazdığı acı kədəri,
Yazdığım şirin söz poza bilərmi ?
  
  - Hümbət İsmayılov 
Şəkil : NigarSadiq

"Hər vaxtınız şeir" ...Tempat cerita menjadi hidup. Temukan sekarang