"Məktəbə getmək"

42 5 22
                                    

Ağır kitabları daşıya-daşıya,
Qış soyuğunda üşüyə-üşüyə,
"Hələlik" söyləyib evə-eşiyə,
Kaş məktəb yolunu yenə gedəydim...

Könül şirin anır acı anları.
Bu cür xatırlayır yaşananları.
Məndən daha sonra oyananları,
Qısqana-qısqana qibtə edəydim...

Sınaydı qələmin kaş ucu dərsdə.
Bəhanəm olaydı yorucu dərsdə.
Evə qayıtmaqçün sonuncu dərsdə
O zəngin səsini yenə güdəydim...

O vaxt istəmirdim məktəbə getmək.
O vaxtı istərəm indi susuz tək
Gör necə zidd olur arzu və istək,
İndi mən özümün xətrimə dəydim...

- Hümbət İsmayılov
Keçmişin hüzuru qədər gözəl şəkillərin müəllifi : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now