"Yandırılmaq"

83 10 6
                                    

Bir cəsəd ətri var, dad bu havanı!
Şahid ol kiminsə "hünər" lərinə...
Dərindən nəfəs al! Ud bu havanı,
Çəkə bilirsənmi ciyərlərinə?!
    
Kiçik bir bədənin tüstüsüdür bu
Bir mələk yandıran heç utanırsa...
De! Hansı ürəyə bəs edəcək su?!
Onlar ağrı ilə əgər yanırsa
    
Qanları damarda donduran kəsi,
Heç Günəş şüası xilas eyləməz.
Bir Ana könlünü yandıran kəsi,
Min bəşər duası xilas eyləməz!
     

Xocalı-Xocalı deyib durmuşuq,
Hər il həmin günü yad etmişik biz.
İndi bir uşağa biz od vurmuşuq,
Daha ermənidən nədir fərqimiz?!
  
-Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora