"Virtuallaşır"

34 4 2
                                    

Şeirin quruluşu, məzmunu, mövzusu və digər qüsurlu gördüyünüz tərəflərlə bağlı irad, tənqid və təkliflərinizi şərh vasitəsilə bölüşməyinizi xahiş edirəm.

Əgər bilinməsə sevgidə qədir
Düymələr insanın öz əlindədir
Ayrılıq məqamı internetdədir
Bircə işarəylə yar sağollaşır
Artıq vidalar da virtuallaşır.

Uşaqlar realda ağlamır, gülmür.
Yemək ona gedir, yeməyə gəlmir.
Yıxılıb qalxaraq böyüyə bilmir,
Basır düymələri qaçır, sallaşır
Gözəl oyunlar da virtuallaşır.

Yananda ürəkdə köz yaxınları
Mesajla yazır ki "döz!", yaxınları
Ölənin şəklini öz yaxınları
Qoyur statusa orda ağlaşır
Yası saxlamaq da virtuallaşır...

Keçib ovsunlar da bax rəqəmsala
Onu bundan ayır, onunla cala...
Gördüm internetdə baxırlar fala
Avam camaat da ora toplaşır
Hiylə də, fitnə də virtuallaşır.

Yoxsul dağ başında görür əziyyət
Zənginə yad olur həmin vəziyyət
Dərsə gedib-gəlmək olurdu zəhmət
İndi həmin yol da lap asanlaşır,
Təhsil də zənginçün virtuallaşır.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora