"Zibil"

51 13 15
                                    

Başqasıyla yalan bölüş, yalan kəs,
Ətrafında pərvanə tək dolan, kəs.
Hər kimsənsə mənlə tanış olan kəs,
Mən zibiləm! At zibillər içinə!
  
Vuran vurub, yıxan yıxıb ömrümü.
Mən söyürəm baxıb-baxıb ömrümü.
Könül istər seyrə çıxıb ömrümü,
Tüpürəsən gəzib illər içinə.!
  
Yaş olasan gözə dolub, düşəsən
Yarpaq olub amma solub düşəsən.
Rəhmət adlı dua olub düşəsən,
Sığınasan bezib əllər içinə...
  
O pak Allah xəsislər yaradıbdır.
Gör nə qədər iblislər yaradıbdır.
İnsan adlı nəcislər yaradıbdır,
Bağ-bağçada düzüb güllər içinə
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now