"Yuxumu qatmışam"

845 41 47
                                    

Bu gecə yuxumu qatmışam yenə,
Yaman qorxulu bir yuxu görmüşəm.
Orda dəyişmişdi dövr, zəmanə,
Acdan xəbərdar bir toxu görmüşəm.
 
Yuxuda görmüşəm adamlar daha,
Saxta olanları uzaq tuturlar.
Səmimi insanın dəyəri baha,
Pis olan insanı tez unudurlar.
 
Görmüşəm dəyərin qarşılığı var,
Hörmət edən kəslər görürlər hörmət,
Çalışan əlbəttə qarşılıq alar,
Boşuna getmirdi yuxuda zəhmət.
  
Sonra da ayıldım dünyaya döndüm,
Gördüm yenə təkəm, yenə tənhayam.
Əvvəl Günəş idim, zamanla söndüm,
Daha da sönəcəm, hələ ki Ayam...
  
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora