"Həsrətinə"

63 9 5
                                    

Həsrətə öyrəşib yol çəkən gözüm.
Bir gün deyəcəklər : öldün axır ki!
Ölməzdən əvvəlki sonuncu sözüm,
"Harda qalmış idin, gəldin axır ki"...

İndi çıxaq Sənlə uzun səfərə,
Qorxmuram söyləsəm yalan olacaq.
Əlvida demədim heç bir nəfərə,
Qalanlar qəlbimdə yenə qalacaq.

Elə ki həyatı keçib, bitirdin,
Gərək şükr edəsən səbr verənə.
Sən də çox sağ ol ki məni ötürdün,
Canım qurban olsun əmr verənə!

Onların var ayrı istək, marağı,
Canımın canlarda yoxdur heç yeri.
Mən burda gözlərəm son duracağı,
Sənə yalvarıram! Qaytarma geri!

- Hümbət İsmayılov
  Möhtəşəm Fotoqraf : NigarSadiqmention a user

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now