Qanadı qırıq quş kimiyəm,
Dənizdə yağış kimiyəm.
Qınama ki qış kimiyəm,
Qorx ki bir də yaz olmasın.Uzaq dur ki yoxdu yazım,
Sənə yoxdur etirazım.
Qoy elə vərəqdə yazım,
Ürəyinə qazılmasın...Mələk idin bu şəhərdə,
Ruhun yanır indi şərdə.
Gəzmə həmin küçələrdə!
Xatirələr pozulmasın...Tozlanıbdı sevinc,nəşəm,
Parıltısız bir Günəşəm.
Yanağıma su səpmişəm,
Mən güləndə toz olmasın.- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!