Hər yanı sursatdır, hər yan daş dəmir.
Yaxından bələdəm qoşun səsinə.
Burdakı quşun da səsi bənzəmir,
Bizim həyətdəki quşun səsinə.
Əsgərin ürəyi dərin yansa da,
Dözür ayrılığa doğma kəsindən.
Üzündə ifadə tamam donsa da,
Həsrəti püskürür hər nəfəsindən.
Zülmətdə tək-tənha keşik çəkəndə
Görsən, deyərsən ki ürəkmi yemiş?
Əzmli gözündən yaşın tökəndə,
Bilirsən daş deyil, bu insan imiş...
Burda əmrlərin icazəsiylə
Yuxudan oyanmaq və yatmaq olur.
Səhərlər qüvvətli addım səsiylə
Günəşi yuxudan oyatmaq olur...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!