"Kəlimeyi-şəhadət"

45 10 10
                                    

Gedir hər gedən niyə?
Rahatdır itən niyə?
Bacarmıram mən niyə?
Niyə yoxdu rəşadət?

Bu ağacsız həyətlər
Bu pisləşən niyyətlər
Soyuyan ünsiyyətlər,
Nəyə edir işarət?

Hansı səhvin əfv olar?
Düz etdiyin səhv olar!
Beş il çəkməz məhv olar,
Könlündə tut beş hacət

Edib səbir ümidlə,
Yerinə gir ümidlə.
Hər gecə bir ümidlə;
Kəlimeyi-şəhadət...

- Hümbət İsmayılov
 
Möhtəşəm şəkillər və hekayələri : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now