"Bildin niyə sözüm yayılmır"

51 10 17
                                    

Mənə bədbin demə! Daha betərəm!
Bülbüləm, qəbirlər üstə ötərəm!
Bir anda yox olub elə itərəm,
Bilsəm ki intihar haram sayılmır.
 
Ürəklər sevinci, xoş sözü arar.
Mənim sözlərimsə ürəyi yorar.
Oxusan, səni də kədərə sarar,
İndi bildin niyə sözüm yayılmır?!
 
Xoş səsi, xoş sözü bir lay-lay sanıb,
Keçmişi düşünüb, günləri anıb,
Nə badə yatarsan birdən aldanıb!
İnan bu dünyada yatan ayrılmır...
 
Dolanır fəsillər keçir sıradan.
Nədənsə ancaq qış keçir buradan.
Vallah soyuqluq heç itmir aradan,
Mənə elə gəlir? Yoxsa yay olmur?
 
- Hümbət İsmayılov

Möhtəşəm şəkillər : NigarSadiq

"Hər vaxtınız şeir" ...Opowieści tętniące życiem. Odkryj je teraz