"Məna dərində"

43 6 7
                                    

Yadı yox özünü danlamaq çətin.
Ağıl ayazdadır, xülya sərində.
Oxumaq asandır, anlamaq çətin,
Sözlər dayazdadır, məna dərində.
 
Fırlanıb qaçır o əzəldən bəri,
Dayana bilmədi əsla yerində.
Yeddinin, yetmişin yoxdur heç yeri,
Elə yalan idi dünya birində.
   
Xoş olur əvvəlcə boş olan zəhmət
Əgər eşq edirsə ifa tərində.
Qayalar yarmazdı boş yerə əlbət,
Fərhad tapa bilsə sevda Şirində.
 
Xeyirdən işarə kimi saxlanır
Vardır hər işin imza şərində.
Yazılan yazılır, qələm yoxlanır,
Sevinər, söyləsən bir afərin də...
 
- Hümbət İsmayılov
Şəkillərin məna tapdığı ünvan : NigarSadiq

"Hər vaxtınız şeir" ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin