Zaman dərsi verib biz uşaqlara
Böyüyüb gəlmişik gör hardan-hara
Qorxulu gələn o qaranlıqlara
Qorxusuz gedirik sığınmaq üçün.
Sevgidən məhrum böyüyən uşaq
Qalıb illər boyu qayğıdan uzaq
İndi hər insana edirik maraq
Bir qayğı güdürük sığınmaq üçün
Bu məhrum uşaqlar xeyli döyüşüb.
Dərin sükutuyla xeyli deyişib.
Daha gecikmişik dünya dəyişib
Göy xarab, yer çürük sığınmaq üçün...
Kimə üz tutduqsa gördük qaçandır
Hara baxırıqsa qupquru candır
Ürəklər dopdolu qəbiristandır
Torpağı didirik sığınmaq üçün...
- Hümbət İsmayılov
ŞİMDİ OKUDUĞUN
"Hər vaxtınız şeir" ...
ŞiirHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!