Salam verdim...

28 7 3
                                    

Yazacam halını zəmanənin də
Dağılan, məhv olan viranənin də.
Gözün aydın ey Fizuli sənin də!
Salam verdim, rüşvət sanıb aldılar...

Elə ki sevgiylə hirsimi yendim,
Bir an qürur duydum, bir an sevindim.
Mədəni mühitdə mədəni dindim
Başa düşmədilər, donub qaldılar.

Gördüm ki cahillik ətrafı sarıb,
Həm də həyasızlıq həddinə varıb...
Mərhəmət səddini qırıb, sındırıb,
Qəlbimə kini də yonub saldılar.
 
Boş başlar bu dolu ürəkdə yaram.
Yazmasam hər nəfəs olacaq haram.
İndi bir ümidlə şeir yazıram,
Bəlkə həmin başlar qanıb doldular...

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Tempat cerita menjadi hidup. Temukan sekarang