Yatıb qalmışam

35 3 13
                                    

Dadmaqdan doymurdum öz sevincimi

Firəvan hıyatda yuxu incimi?

Dedim beş dəqiqə alım dincimi

Birdən yuxu tutub, yatıb qalmışam.

  

Əvvəl xoş gedirdi fərqim Allaha

Sonra bu fərq oldu mənimçün baha

Mənim də zalımdan fərqim yox daha

Zülmü görüb, susub, yatıb qalmışam.

  

Nə vaxtdan qatılıb hərbə uşaqlar?

Böyükdən çox alıb zərbə uşaqlar.

Gecə qətl edilib körpə uşaqlar

Səhərə unudub, yatıb qalmışam...

  

Dəhşətin, vəhşətin acısından da,

Ağır cinayətin acısından da,

Böyük həqiqətin acısından da,

Yuxum şirin olub, yatıb qalmışam... 

 - Hümbət İsmayılov 

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now