Şöhrəti qazansa bir nəfər axmaq,
Çox olur o kəsə dəyər axını.
Gərək uzaqlaşıb zirvəyə qalxaq,
Yaxşı görmür bizimkilər yaxını...
Qəlbində qızıltək sözləri olan,
Gəzir, bircə qram diqqət axtarır.
Dostuna, tanışa edəndə güman,
Dostu şan axtarır! Şöhrət axtarır!Sevməmək olarmı? İncəsənətdir.
Niyə əsəbisiz? Çıxır buğunuz.
Amma ki haqlısız, incə sənətdir,
Bunu qəbul etməz kobudluğunuz.
Əşi! Fikir vermə həyatdı şair!
Sənin şeirin var! Şeiri yaşa!
Onlar ürəyini qaraltdı şair!
Ölsən anlamazlar, yorulma boşa...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!