Təsəvvür et birini,
Saymırsan, dinləmirsən.
Susanda danış deyib,
Onunla əylənirsən.
Təsəvvür et birini,
Vurursan, öldürürsən.
Sonra nə oldu deyib,
Sən onu dindirirsən.
Təsəvvür et birinə
Hörmətsizlik edirsən.
Yenə hörmət görəndə,
Yenə təkrar edirsən.
Təsəvvür et birinə
Dəyərdən dəm vurursan.
Sonra dəyər kağızına,
Möhürlə qəm vurursan.
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!