"Satılmadı"

9 1 0
                                    

Yəqin ki yoxdu deyə dost-tanışım,
Gərək dişlə-dırnağımla çalışım.
Vəfalı kitablarımdan danışım,
Yenə də məndə qaldı, satılmadı.

Yenə şöhrət yenə şan zəfər çaldı.
Xalq da heyranlığa çox əcəb daldı.
Saxtalar saxta hisslə kitab aldı,
Nədəndi bilmirəm kitabım qatılmadı...

Mənəviyyatı maddiyyat tutub yedi,
Sonra, "insanlığı da dadım" - dedi.
Göz üstə yeri pərdə tutmuş idi,
Ki kitab gözlər üstə tutulmadı.
 
Bir-biriylə yarışıb ötdü ayaqlar.
Nəhayət arzusuna yetdi ayaqlar.
Min addım çətinə getdi ayaqlar,
Asana bir addım da atılmadı...
Yəni ki kitablarım satılmadı.
 
- Hümbət İsmayılov
Bu şeir, 2021-ci ilin noyabr ayının sonlarında Gəncədə keçirilən Beynəlxalq Kitab Festivalında kitablarımı "Öz kitabını sat" layihəsi çərçivəsində 3 günlük cəhdimə rəğmən sata bilmədikdən, daha sonra isə şəhərin ən gediş-gəlişli bölgələrində saatlarla səyyar satışa cəhd etməyimin də boşa getməsindən sonra yazılmışdır.
Həmin festivalda məşhurlar da iştirak edirdi və insanlar əllərində mobil telefonlar ilə şəkil çəkdirmək, canlı videolar paylaşmaq və imza almaq niyyəti ilə məşhurların üzərinə kütləvi axın edirdi. Bu zaman, bizim kitablar kölgədə qalırdı. Şeirdə bu vəziyyəti təsvir etmək istəmişəm.

"Hər vaxtınız şeir" ...Opowieści tętniące życiem. Odkryj je teraz