Qalmayıb məndə macal sənə qurban,
Olsun qoy hər xoş əhval sənə qurban!
Xatirə üstünü toz basır artıq,
Qayıt sər üstünə şal sənə qurban...
Sağa mən qurbanam, sol sənə qurban!
Qədəmin qoyduğun yol sənə qurban!
Bir yolun üstündə min yol hazıram,
Olaram mən də bu minval sənə qurban!
Xəyal qəlbdə qalır kal, sənə qurban
Gəl, özün bir çarə qıl sənə qurban!
Dəyməsin xəyalım, yetişməsin heç,
Gerçəyim sən ol, xəyal sənə qurban!
Qəlbimdə qoruyub saxladım səni,
Bir dəfə yadına sal sənə qurban.
Özgəyə can vermə xoş gülüşünlə,
Gəl mənim canımı al sənə qurban!
- Hümbət İsmayılov
İdeya üçün dərin təşəkkürlər : gizlilik0
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!