Oruc

48 10 12
                                    

Ac qalıb vicdanı biz ovuduruq
Tox ikən aclığı tez unuduruq.
Yoxsulu düşünüb oruc tuturuq
Belə bir həqiqət var ki silinmir
Onlara iftarın vaxtı bilinmir...
  
Bacarsan nəfsinin iştahını yum...
Gözün haramlara etməsin hücum.
Yemək var, yeməyin vaxtı da məlum
Sonunu biləndə asandır işlər
Asandır bu anda səbr və hünər.
 
Alov düşsə cana bacararsanmı?
Qəlbin yana-yana, bacararsanmı?
Yemək, su bir yana, bacararsanmı?!
Dilə yalan, qeybət, böhtan dəyməsin.
Qulaq da onlara boyun əyməsin.
 
Axırda bir nəfər süfrə bəzəyir,
Qohumlar,yaxınlar yeməyə gəlir.
İftar süfrəsinə hansı bənzəyir :
Yoxsulu doyurub puldan keçməkmi?
Yoxsa dost-tanışla yeyib-içməkmi...?
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now