Qismətin də özündə
Atılırmış qoşa zər.
Sən demə yer üzündə
Var imiş mənə bənzər.Harda rastlaşıbsınız?
Gündə gördüz, kölgədə?
Oxşanmamış başımız
Oxşayırdı bəlkə də.Oxşayırdı səsiylə?
Üzüylə gülürdümü?
Yaşam bəhanəsiylə
Əslində ölürdümü?Hər kəsdən kəsilsə səs,
Kimə ümid bağlayıb?
Neçə yaşı vardı bəs?
- Neçə dəfə ağlayıb...?Qəmi var qəmim kimi?
Onun da həyatı şər?
Görəsən mənim kimi
Ölmək üçün tökür tər?Yerindəydi ayağı?
Salamatlydı əli?
Cismin ruhdu dayağı,
Əsas onu görməli...Üzündəki gülüşün
Arxasında nə vardı?
Ardını da bir düşün!
Gülüş məndə də vardı...Ümidlərə tutub yas
Məzarın bəzəməsin!
Böyüklər demiş əsas
Taleyi bənzəməsin!- Hümbət İsmayılov
İlham mənbəyi : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!