Özümə həsr

25 5 7
                                    

Yaddaşdan silinir izin, kəlamın
Qalsa təkcə qalar tozlu kağızda.
Əgər yaxşı olsa sözün, kəlamın
Gəzərdi əlbəttə dildə, ağızda.

"Niyə tanımırlar görəsən məni?"
Söyləmə, bacarsan danla özünü.
Yan-yana gətirib iki kəlməni
Şairmi sanırsan bunla özünü?

Şairlər çox olub sənin yurdunda.
Xalq da onlar ilə duyacaq qürur.
Cavabsız qalan hər sorğu ardında
Mənasız, faydasız sözlərin durur.

Sözləri sözümə həsr edib dedim:
Sözlərin söz deyil, yamaq-yamaqdır.
Bu şeiri özümə həsr edib dedim:
Bircə bacarığım bacarmamaqdır.
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now