"Şeir yazdıran qız"

69 10 12
                                    

Sən sözümdə kəsər oldun,
Özündənmi küsər oldun?
Aç bir oxu, əsər oldun,
Mənim kitablarımda,
Ay şeir yazdıran qız!
  
Dedi: varındırsa yara,
Ehtiyac var bir məzara.
Qaz ki gömək onu ora,
Məni göməcək imiş
Məzarı qazdıran qız.
  
Bəlkə qəlbi sıxılıbdı,
Gözdən düşüb, yıxılıbdı.
İndi özü yox olubdu,
Əvvəl bütün kədərləri
Geri otuzduran qız.
  
Qələmi qəmdi yazdırır,
Gör necə yollar azdırır.
İndi eşqi yatızdırır,
Mənim xəyallarımda,
Uşaq yatızdıran qız...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin