Vayfay açıldı

11 3 9
                                    

Küçədə oynayıb, deyib-gülürdük.
Axşamlar əyləşib dərdi bölürdük.
Vardı gediş-gəliş və bir də gördük,
Qapılar qapandı, vayfay açıldı...

Mehriban sədalar sükuta döndü...
Dil susdu, sadəcə düymələr dindi...
Söndü... gözümüzün nuru da söndü...
Çünki ekran yandı, vayfay açıldı.

Beləcə başladı bəşər zülməti
Ekranlar gizlətdi əsl niyyəti
Beləcə itirdik səmimiyyəti,
Şirkətlər qazandı, vayfay açıldı...

İşıqlı zülmətə batan saf insan...
Vaxtını dəyərsiz satan saf insan...
Ekran arxasında yatan saf insan,
Hiyləgər oyandı... Vayfay açıldı.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now