Bu dünyanın aça bilsən rəfini
Qazansan da qələbə şərəfini.
İşğal etsən inan hər tərəfini,
Boyun qədər yerin var torpağında.
Sahib olub özgədəki paylara,
Bayram yazıb illərinə, aylara,
Öyrəşdikcə o geniş saraylara,
Olmazmı de yerin dar torpağında?
Ölü səsi dirilərə duyulmaz,
İllər keçər heç hörmət də qoyulmaz...
Nə ruhunun fəryadı bil yayılmaz,
Nə də cismin çəkər car torpağında...
Şair! Darıxma ki bir gün öləndə,
Vəfasızlar onda qədir biləndə.
Kar olanlar məzarına gələndə,
Sən olarsan onda kar torpağında...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!