"Dəyər mənə"

64 12 16
                                    

Məndə dəyər ömürlükdü,
Qalanı gəlir hədər mənə.
Üç-beş günlük mehman olan,
Eyləməsin səfər mənə!

Baş üstə yer verdiklərim,
Salıb sürdü yəhər mənə
Bircə nəzər gözlədiyim,
Yetirdi min xətər mənə

Bir zamanlar sevgi, dostluq
Gələrdi mötəbər mənə.
İndi varmı etibarı
Göstərəcək nəfər mənə?!

Bu şəhərdə xatirələr,
Çox verəcək kədər mənə.
Bağlanmışıq hüznlə biz:
Mən şəhərə, şəhər mənə.

Mənə bədbin söyləməyin!
Siz veribsiz hünər mənə!
Sonu necə olmalıydı?
İçirdəndə zəhər mənə?!

Bir gün əlbət açılacaq,
O işıqlı səhər mənə.
Ölüm yığıb gətirəcək,
Uğur mənə! Zəfər mənə!
  

- Hümbət İsmayılov
 
Bu şəkil möhtəşəmdi. Mənbə : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now