"Ölümdür məni"

111 22 17
                                    

Baxaram mən yerə, göyə yaşaram,
Maraqlı gəlirmi niyə yaşaram?
Mən bir gün ölərəm deyə yaşaram,
Həyata bağlayan ölümdür məni.
 
Vəfasız yurdunda güvənim nəyə?
Kimə səslənsəm mən çatar köməyə?
Həyatda hər ana, hər dəqiqəyə,
Saata bağlayan ölümdür məni.

Gözlərəm gözümü gözləmək oya,
Söz deməm, sözü yar çətin ki duya.
Həm yasa, kədərə həm də ki toya,
Büsata bağlayan ölümdür məni.
 
Bəlkə mən nəsihət oldum həyata?
Görəsən nə niyyət oldum həyata?
Baxma həmxasiyyət oldum həyata,
Bu ata bağlayan ölümdür məni.
  
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now