"Kiçik bir tövsiyyə"

42 5 8
                                    

Hələ ayırmamış qaradan ağı,
Öyrənsən nə fayda zərbə vurmağı?
Kişi olmaq üçün tələsən oğul,
Çalış ki unutma insan olmağı.
 
Bəşər anasıtək düşdün sınağa,
Ey qadın! Gül ətri səndəndir bağa.
Xəyanət əhlinə aldanıb əsla,
Xəyanət eyləmə sən qadınlığa.
 
Gətirməklə olmur övlad həyata,
Gərək düşünəsən etməyib xəta.
Analıq, atalıq bir vəzifədir,
Qadın var ki həm anadır həm ata...
 
Səndə cəm olunub xeyir ilə şər.
Seçimin nə olsa, ruh onla bişər.
Amma unutma ki yaradılansan,
Tanrı zənn eləmə özünü, bəşər!

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now