"Dolanbac"

15 0 0
                                    

Dolaşıb vardığım eyni yer olur
Hər dəfə boş axan yaş və tər olur
Ürəkdə bir yara ruhda kir olur
Bu nə dolanbacdı belə düşmüşəm?
  
Çalışıb, axtarıb çəkəndə zəhmət
Vəfanın ünvanın tapmışam xəlvət
Çatanda qapını açıb xəyanət,
Ələ salınmışam, ələ düşmüşəm...
  
Həyat nəyi almış mənə nə vermiş
Yazmaq istəmişəm, bu cür olub iş.
Mən ancaq həqiqət yazmaq istəmiş
Amma bədbin kimi dilə düşmüşəm...
 
Bu bədbin istəyib bir sevilməyi
Bir də o olmayıb istər ölməyi.
İstərəm ruhumla bunu görməyi
Olmuşam bir gözdə gilə, düşmüşəm...

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now