"Bəziləri"

57 11 4
                                    

Yüz ölçüb, bir biçib yazmasam əgər,
Mənanı dərindən qazmasam əgər,
Bəzi misraları pozmasam əgər,
Bəzi insanları çox incidərdi...
 
Arzumuz olanda birgə dilərdik,
Birlikdə qəmlənib, birgə gülərdik.
Bəzi insanlarla dərdi bölərdik,
Bölür özgələrlə o indi dərdi.
  
Ümumi sevinclər kədər gətirdi,
Verdiyim dəyərlər məni bitirdi.
Mən qorxdum, onları zaman itirdi,
Yaşamaq xoş gəlir bax indi fərdi.
  
Nə bir şəxs söyləyir sabahın xeyir,
Nə də gecən xeyirə bir insan deyir.
Eybi yox, kənardan eylərəm seyr,
Onsuzda hər anım bax indi şərdi...
 
- Hümbət İsmayılov
  
Möhtəşəm şəkillərin ünvanı : NigarSadiq

"Hər vaxtınız şeir" ...Tempat cerita menjadi hidup. Temukan sekarang